...

Yaponiya iş adamları üçün Azərbaycan iqtisadiyyatının təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2016 11:49 (UTC +04:00)
Bakı Biznes Mərkəzində Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Masahuru Kinanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Yaponiya iş adamları üçün Azərbaycan iqtisadiyyatının təqdimatı keçirilib

Bakı. Trend:

Bakı Biznes Mərkəzində Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Masahuru Kinanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Yaponiya şirkətləri tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 4,8 milyard dollar investisiya qoyulub. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 558,1 milyon dollar təşkil edib.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən S.Babayev qeyri-neft sahəsində Yaponiyanın kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış regionu olan Okinava prefekturası ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu, bu əlaqələrin inkişafında Yaponiya nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib.

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri M.Kina Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımdan önəmli olacağını vurğulayıb. M.Kina bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq və Okinava prefekturasına daxil olan Miyakocima şəhəri ilə Naxçıvan şəhərinin qardaşlaşmaq istəyini reallaşdırmaqdır.

Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iqtisadiyyatın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində həyata keçirilən sistemli tədbirlər, o cümlədən AZPROMO tərəfindən bu sahədə görülən işlər barədə məlumat verib, Yaponiya iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti