...

Azərbaycan və Qazaxstan dəmiryolçuları Bakıda bir araya gəldilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2016 15:11 (UTC +04:00)
Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Askar Mamın arasında ikitərəfli görüş keçirilib.
Azərbaycan və Qazaxstan dəmiryolçuları Bakıda bir araya gəldilər

Bakı. Trend:

Bu gün Bakıda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr Cavid Qurbanovla "Qazaxstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin sədri Askar Mamın arasında ikitərəfli görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması həcminin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, "ADY ekspess" MMC-nin , "KTZ Express" SC, "Trans Kavkasus Terminals" MMC və "ACSC Logistics MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradılması və Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub.

"Qazaxstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin sədri Askar Mamın çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığln gələcək perspektikləri haqqında danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti