...

40 tonluq "Atlet-5" kran gəmisi əsaslı təmirdən sonra istismara qayıdıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2016 12:48 (UTC +04:00)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kran gəmiləri dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayırlar.
40 tonluq "Atlet-5" kran gəmisi əsaslı təmirdən sonra  istismara qayıdıb

Bakı. Trend:

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kran gəmiləri dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayırlar.

Trend Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin saytına istinadən xəbər verir ki, bu tip gəmilərə daim tələbat olduğundan, onların texniki vəziyyətinə xüsusi diqqət yetirilir, təmir prosesində bütün aidiyyəti qurumlar yaxından iştirak edirlər.

Bu gün 40 tonluq "Atlet-5" kran gəmisi "Bibiheybət" Gəmi Təmiri zavodunda əsaslı təmirdən çıxaraq istismara qayıdıb. Gəminin gövdəsi, mexanizmləri, o cümlədən kran qurğuları yüksək səviyyədə təmir olunub, heyətin iş və həyat şəraiti müasir tələblərə uyğun təmin edilib.

Hazırda zavodun körpusundə 100 tonluq "Şirvan-2" kran gəmisinin əsaslı təmiri yekunlaşmaq üzrədir. O da yaxın günlərdə istismara qayıdacaq və tərəfdaşlarımızın sifarişlərini yerinə yetirməyə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti