...

TRACECA-nın Azərbaycan seqmenti vasitəsilə yükdaşıma azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2016 12:11 (UTC +04:00)
2016-cı ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 707,4 min ton olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,3 faiz azdır.
TRACECA-nın Azərbaycan seqmenti vasitəsilə yükdaşıma azalıb

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 707,4 min ton olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,3 faiz azdır.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hesabat dövründə dəhliz üzrə yük dövriyyəsi isə 3044,8 milyon ton-km olub. Yüklərin 10 090,7 min tonu və ya 64,2 faizi avtomobil nəqliyyatı, 4233,2 min tonu və ya 27,0 faizi dəmir yolu nəqliyyatı, 1383,5 min tonu və ya 8,8 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 12,3 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımadakı azalmalar (müvafiq olaraq 24,6 faiz və 43,9 faiz) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,4 faizini və ya 2261,9 min tonunu tranzit yüklər təşkil edib. 2016-cı ilin yanvar-aprel aylarında dəhliz vasitəsilə 109,7 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 2211,9 milyon sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişindaşıma 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti