...

Son 3 gündə Azərbaycandan Rusiyaya pomidor yüklü 39 vaqon, 113 yük maşını yola salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2016 15:43 (UTC +04:00)
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.
Son 3 gündə Azərbaycandan Rusiyaya pomidor yüklü 39 vaqon, 113 yük maşını yola salınıb

Bakı. Trend:

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Komitə rəhbərliyinin Rusiya Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem öz həllini tapıb. Belə ki, son üç gündə - 11, 12 və 13 iyun tarixlərində Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.

Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti