...

İtaliya-Azərbaycan biznes forumu keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2016 17:34 (UTC +04:00)
İyunun 13-də İtaliyanın Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilib.
İtaliya-Azərbaycan biznes forumu keçirilib

Bakı. Trend:

İyunun 13-də İtaliyanın Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda Azərbaycan tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, infrastruktur, logistika, kənd təsərrüfatı, tibb və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib, Azərbaycanın sənaye parkları, italiyalı iş adamları üçün maraq doğuracaq potensial investisiya layihələri, investorlar üçün təklif edilən güzəştlər barədə məlumat verib.

Biznes forum hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti