...

"AmCham" Azərbaycanda turizmlə bağlı tövsiyələrini hökumətə təqdim edəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2016 19:10 (UTC +04:00)
İyulun sonunadək “AmCham” Azərbaycanda turizm sahəsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini ölkə hökumətinə təqdim edəcək.
"AmCham" Azərbaycanda turizmlə bağlı tövsiyələrini hökumətə təqdim edəcək (FOTO)

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") Səyahət, Hotelçilik və Turizm üzrə Komitəsi bu ilin iyun ayında iki məhsuldar görüş keçirib ki, onlardan biri Azərbayacanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə, digəri isə Milli Məclisin nümayəndələri ilə olub.

Bununla yanaşı, 2016-cı ilin iyul ayının sonunadək "AmCham" Azərbaycanda turizm sahəsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini ölkə hökumətinə təqdim etməyi planlaşdırır.

Tədbiri giriş sözü aşan "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova görüş iştirakçılarını, o cümlədən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayevı salamladı, Palatanın Səyahət, Hotelçilik və Turizm üzrə Komitəsinin sədri Martin Klaymann tədbirin gündəliyi ilə tanış etdi, Komitənin digər nümayəndəsi Fərid İsayev isə "ASAN Visa" yeni sisteminin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə düzəlişlərin edilməsi və "Turizm haqqında" yeni qanunun müzakirəsi də daxil olan turizm sahəsində son qanunvericilik dəyişiklikləri ilə bağlı qısa məruzə ilə çıxış etdi.

Tədbirdə çızış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, turizm sahəsi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun prioritet istiqamətlərindəndir. Son illər ərzində bu sahədə görülmüş işlər barədə məlumat verən nazir onu da bildirib ki, son zamanlarda təşkil olunmuş tədbirlər sayəsində turizm sektoru hazırda inkişaf mərhələsini yaşayır.

"Hazırda turizm dünya iqtisadiyyatının aparıcı üç sahələrindən biri olaraq sürətlə inkişaf edir. Müstəqilliyimiz əldə olunduqdan sonra turizmin inkişafı üçün ölkədə genişmiqyaslı layihələr həyata keçirilib. Belə ki, ölkə ərazisində dünya şöhrətli hotellər açılıb və qonaqlara xidmət göstərir. Hazırda turizm sahsindən əldə olunan gəlirin həcmi ÜDM-in 4,5%-ni təşkil edir. Heç də təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun "Travel & Tourism Competitiveness 2015" hesabatına əsasən, insan resursları və işçi heyət baxımından Azərbaycan 141 ölkə arasında 36-cı yeri tutub. Hazırda ölkədə 300-ə yaxın turizm şirkəti fəaliyyət göstərir və qonaqların yerləşdirilməsi üçün 570-dən çox turizm obyekti mövcuddur. Azərbaycanı ziyarət edən turistlərin sayı son 10 il ərzində 5 dəfə artıb", - deyə nazir əlavə edib.

Əbülfəs Qarayev onu da bildirib ki, turizm sahəsi iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması baxımından müsbət təsir göstərir. Bundan başqa, o, vurğulayıb ki, Azərbaycanda mədəniyyət və turizmin inkişafına yönəlmiş səylər bir qədər də artırılacaq.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanın məqsədi ildə 5 milyon turist qəbul etməkdir. Nazir öz çıxışında Azərbaycanın Fars körfəzi ölkələrindən də turist cəlb etmək arzusunu səsləndirib.

Qeyd edək ki, 2016-cı ilin iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev elektron vizaların verilmə prosedurunun sadələşdirilməsi və "ASAN Visa" sisteminin yaradılması haqqında sərəncam imzalayıb. "ASAN Visa" sisteminin yaradılması və üç gün ərzində onlayn qaydada vizaların verilməsi Azərbaycana xeyli sayda turistin cəlb olunmasına şərait yaradacaq. "ASAN Visa" sistemi ölkəyə turizm axınını artırmağa yönəlib.

"AmCham"ın nümayəndələrinin "Turizm haqqıda" qanunun müzakirə olunan və Milli Məclisdə keçirdiyi görüşə gəldikdə, burada çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri və Milli Məclisin üzvü Hadı Rəcəbli təxmin edilən dəyişiklər qarşısında duran əsas problemləri və qanunun hazırkı versiyasının çatışmamazlıqlarına toxundu. "AmCham"ın nümayəndə heyəti imkandan istifadə edərək müzakirə olunan məsələ ilə bağlı öz fikir və tövsiyələrini çatdırdılar.

Öz növbəsində Azərbaycanda "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova, Palatanın İdarə Heyətinin üzvü Nuran Kərimov və Səyahət, Hotelçilik və Turizm Komitəsinin sədri Martin Klaymann bununla bağlı mövqelərini bildirərək tədqiq olunacaq məsələləri qeyd ediblər.

İclas işçi qrupun yaradılmasına dair sazişin imzalanması ilə başa çatdı. İşçi qrupa deputatlar və turizm sahəsinin nümayəndələri daxil olacaq. Yaxın zamanlarda sözügedən qanun layihəsinin ümumi müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, 16 mart 2016-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi siyasətinin və islahatların sabitliyin təmin edilməsi, iqtisadiyyatın dərin təhlili və iqtisadi inkişafın yeni strategiyasının hazırlanmasına yönəlmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri" sənədinin təsdiqlənməsi haqqında sərəncam imzalayıb. Turizm milli iqtisadiyyatın yol xəritəsində işarə edilmiş prioritet sahələrdən olduğundan Azərbaycanda "AmCham" milli turizm sənayesinin təkmilləşdirilməsi və inkişafı prosesində öz üzvlərini cəlb edərək fəal iştirak edən Səyahət, Hotelçilik və Turizm Komitəsi vasitəsi ilə turizm sənayesinin inkişafına yönəlmiş bir neçə müzakirə təşkil edib.

"AmCham" haqqında:

"AmCham" Azərbaycan - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti