...

Azərbaycan-Slovakiya iqtisadi əlaqələri müzakirə edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 16:55 (UTC +04:00)
İyunun 20-də iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Slovakiya Baş nazirinin müavini Peter Pelleqrini ilə görüşüb.
Azərbaycan-Slovakiya iqtisadi əlaqələri müzakirə edilib (FOTO)

Bakı. Trend:

İyunun 20-də iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Slovakiya Baş nazirinin müavini Peter Pelleqrini ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan-Slovakiya əlaqələrinin inkişaf etdiyini qeyd edən Ş.Mustafayev hazırda ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq etdiyini bildirib. Azərbaycanda 10 Slovakiya kapitallı şirkət uğurla fəaliyyət göstərir.

Görüşdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğu, tətbiq edilən mütərəqqi investisiya təşviqi mexanizminin xarici investorlar üçün əlverişli imkanlar yaratdığı diqqətə çatdırılıb. Nazir Azərbaycanın investisiya imkanlarının tanıdılmasında ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən ölkəmizin bu günlərdə “Formula 1” yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinin xüsusi əhəmiyyətini qeyd edib.

Ş.Mustafayev Slovakiya şirkətlərini sənaye, aqrar, tikinti, nəqliyyat, turizm və s. sahələrə, xüsusilə özəl sektorda reallaşdırılan layihələrə investisiya yatırmağa dəvət edib. Slovakiya şirkətləri, həmçinin Azərbaycanda yaradılmış sənaye parklarında investorlar üçün yaradılmış əlverişli imkanlardan da yararlana bilərlər.

Slovakiya Baş nazirinin müavini P.Pelleqrini Azərbaycanda yüksək inkişafın şahidi olduğunu diqqətə çatdıraraq, ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti