...

2050-ci ilədək Azərbaycanda ərzaq məhsullarına tələbat 70 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2016 11:46 (UTC +04:00)
2050-ci ilədək Azərbaycan əhalisinin sayı 12,1 milyon nəfərə çatacaq.
2050-ci ilədək Azərbaycanda ərzaq məhsullarına tələbat 70 faiz artacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

2050-ci ilədək Azərbaycan əhalisinin sayı 12,1 milyon nəfərə çatacaq. Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ADA Universitetində təşkil edilmiş "Kənd təsərrüfatına strateji baxış: rəqabət, ərzaq təhlükəsizliyi və sosial aspektlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, həmin dövr ərzində adambaşına düşən kilokalori istehlakının miqdarı gündə 2800-dən 3500-dək artacaq: "Bu o deməkdir ki, 2050-ci ilədək Azərbaycanda ərzaq məhsullarına tələbat 70 faiz artacaq".

V. Qasımlı qeyd edib ki, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsullarının emal edilmiş hər tonundan 200 dollar əlavə dəyər alırlar: "İnkişaf etməkdə olan ölkələrdə bu göstərici 50 dollar təşkil edir. Emal həcmlərini çoxaltmaqla əlavə dəyəri artıra bilərik ki, bu da rəqabət qabiliyyətinin elementlərindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti