...

AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2016 12:31 (UTC +04:00)
AZAL Miles bonus proqramı çərçivəsində "Azərbaycan Hava Yolları"-nın (AZAL) reyslərində sərnişinlərə Ramazan bayramı müddətində (6 və 7 iyul) ikiqat səyahət və status balları təqdim olunacaq.
AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər

Bakı. Trend:

AZAL Miles bonus proqramı çərçivəsində "Azərbaycan Hava Yolları"-nın (AZAL) reyslərində sərnişinlərə Ramazan bayramı müddətində (6 və 7 iyul) ikiqat səyahət və status balları təqdim olunacaq.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Aşağıdakı istiqamətlər üzrə oktyabrın 15-dək olan uçuşlara biznes sinif aviabilet alan AZAL Miles proqramı iştirakçıları 50 faiz daha çox status və səyahət balları qazana biləcəklər:

Moskva
İstanbul
Kiyev
Minsk
Sankt-Peterburq
Milan
Paris
Pekin
Praqa
Dubay

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://www.azal.az/az/azal-miles/miles-programme
Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Bundan əlavə, Moskva, Kiyev, Minsk, Sankt-Peterburq, Paris və Milan kimi şəhərlərə sentyabrın 12-dən dekabrın 10-dək olan uçuş tarixlərinə sentyabrın 15-dək biznes sinif aviabilet alan sərnişinlər güzəşli tariflərdən yararlana bilərlər.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80; *8880.

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti