...

Nikoil Bankın idarə heyətinə sədr təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2016 13:48 (UTC +04:00)
Nikoloz Şurgaia Nikoil Bankın idarə heyətinə sədr təyin edilib.
Nikoil Bankın idarə heyətinə sədr təyin edilib

Bakı. Trend:

Nikoloz Şurgaia Nikoil Bankın idarə heyətinə sədr təyin edilib.

Trend-in məlumatına görə, bu barədə bu gün bankın mətbuat xidmətinin rəsmi açıqlamasında bildirilib. O, bu vəzifədə 2005-ci ildən bankın idarə heyətinin sədri vəzifəsində çalışan Vasiliy Viktoroviç Xamazanı əvəz edir.

Nikoloz Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda 20 illik təcrübəsi olan peşəkar bankirdir. Hazırda o, Belarus və Gürcüstanda bir neçə bankın və Gürcüstan Fond Birjasının müşahidə şuralarının üzvüdür. Cənab Nikoloz London Biznes Məktəbi, eləcə də Tbilisi Dövlət Universitetinin məzunudur.

Rəhbərlik dəyişikliyi bankın Azərbaycanda biznes qurumları və fərdi şəxslərə müasir keyfiyyətli maliyyə xidmətlərini təqdim edən etibarlı bir tərəfdaşa transformasiya prosesini sürətləndirməmlə izah olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti