...

Azərbaycan AİB-lə çoxmilyonluq kredit sazişi imzalayıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2016 16:38 (UTC +04:00)
"Azərişıq" ASC və Asiya İnkişaf Bankı (AİB) kredit sazişi imzalayıb.
Azərbaycan AİB-lə çoxmilyonluq kredit sazişi imzalayıb (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

"Azərişıq" ASC və Asiya İnkişaf Bankı (AİB) kredit sazişi imzalayıb.

Bunu Trend-ə AİB-in Bakı ofisindən deyiblər.

Saziş Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılması üçün ASC-yə kreditin ilk tranşının verilməsini nəzərdə tutur.

Sazişi iyulun 22-də "Azərişıq" ASC-nin sədri Baba Rzayev və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbekov imzalayıblar.

5 illik güzəştli müddət olmaqla 25 il müddətinə verilən birinci tranşın məbləği 250 milyon dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti