...

IFC Azərbaycan iqtisadiyyatını dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2016 12:30 (UTC +04:00)
Azərbaycan qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrmağa başlayıb və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ölkəyə bu istiqamərdə dətək verməyə hazırdır.
IFC  Azərbaycan iqtisadiyyatını dəstəkləyəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrmağa başlayıb və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ölkəyə bu istiqamərdə dətək verməyə hazırdır.

Trend-in məlumatına görə, bunu IFC-nın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq postneft erasına başlayıb və ölkədə qeyri-neft və özəl sektorlarına inkişafına yönəlmiş tədbirlər həyata keçirilir: "Biz Azərbaycana bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik".

Öz növbəsində Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov qeyd edib ki, Azərbaycan hazırda yeni iqtisadi model yaradır: "Ölkəmiz yeni iqtisadi modelin yaradılması astanasındadır, buu model qlobal dəyər zəncirinə inteqrasiya edilməlidir. Bu, iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına və rəqabət qabiliyyətli dəyər zəncirinin yaradılmasına gətirib çıxaracaq. Bu isə bizə rəqabət qabiliyyətli müəssisələr yaratmaq və rəqabətədavamlı məhsullar istehsal etməyə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti