...

Yerli məhsulların ixracına dəstək mexanizmləri yalnız qeyri-neft sahəsinə şamil ediləcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2016 16:58 (UTC +04:00)
Azərbaycan məhsullarının ixracına dəstək mexanizmləri yalnız qeyri-neft sahəsində istehsal olunan mallara şamil ediləcək.
Yerli məhsulların ixracına dəstək mexanizmləri yalnız qeyri-neft sahəsinə şamil ediləcək (YENİLƏNİB)
Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycan məhsullarının ixracına dəstək mexanizmləri yalnız qeyri-neft sahəsində istehsal olunan mallara şamil ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, bu mexanizmlərdən istifadə edəcək sahibkarlara qarşı heç bir məhdudiyyət qoyulmayacaq.

R.Məmmədov qeyd edib ki, ixrac prosesi kifayət qədər mürəkkəbdir: "İlk növbədə sahibkarın rəqabətədavamlı məhsulları olmalıdır. Dövlət rəqabətədavamlı məhsulların istehsalının genişlənməsi üçün bu sahədə inkişaf və tədqiqat proqramlarını dəstəkləyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti