...

"PwC Azərbaycan"da yeni partnyorlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2016 14:50 (UTC +04:00)
"PwC Azərbaycan" Vergi və Hüquq Praktikasına Maykl Ahernin, Məsləhət Xidmətləri Praktikasına isə Emin Şıxqayıbovun partnyor vəzifəsinə təyin edilməsini elan edir.
"PwC Azərbaycan"da yeni partnyorlar

Bakı. Trend:

"PwC Azərbaycan" Vergi və Hüquq Praktikasına Maykl Ahernin, Məsləhət Xidmətləri Praktikasına isə Emin Şıxqayıbovun partnyor vəzifəsinə təyin edilməsini elan edir.

"PwC Azərbaycanın" Ölkə üzrə İdarəedici Partnyoru Movlan Paşayev öz vəzifəsində şirkətə rəhbərlik etməkdə davam edəcək, şirkətin qlobal və regional strategiyasını icra edib, seçilmiş müştərilər ilə daha yaxından işləyəcək. Petko Dimitrov Audit Praktikasının rəhbəri vəzifəsini icra etməkdə davam edəcək.

Maykl Ahern Mərkəzi-Şərqi Avropa və Afrikada müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Son dövrlərdə o, Qazaxıstan və Avrasiyada Vergi və Hüquq Praktikasına rəhbərlik etmişdir. Maliyyə idarəetməsi və konsaltinq sahəsində 15 ildən artıq təcrübəsi olan Emin neft və qaz sənayesində bir sıra aparıcı layihələrə rəhbərlik etmişdir.

Bu təyinatlar ilə "PwC Azərbaycan"da audit, vergi, hüquq və məsləhət xidmətlərinə rəhbərlik edən partnyorların sayı dördə çatmışdır. Bu, Şirkətimizin 1995-ci ildən bəri davamlı olaraq Azərbaycana verdiyi töhfəsini və öz müştərilərinə təklif etdiyi xidmətləri genişləndirdiyini təcəssüm etdirir.

"PwC Azərbaycan" müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Bakı ofisində 6 ölkədən 130-dan çox əməkdaşımız yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 208,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com.

PwC son 25 il ərzində Mərkəzi və Şərqi Avropada fəallığını artırmışdlr. Bu gün regionda 29 ölkə üzrə 55 ofisimizdə çalışan 8,800 mütəxəssis yerli bazarlarda müştərilərimizin daha çox uğur qazanması və qlobal rəqabət qabiliyyətini artırmasına köməklik göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti