Bakı. Trend:
Oktyabrın 18-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,5969 manat məzənnəsi ilə başlayıb və 1,5999 məzənnəsi ilə yekunlaşıb.