...

BƏƏ-nin Azərbaycanın qeyri-neft sektoruna birbaşa investisiyaları 650 milyon dolları ötüb (YENİLƏNİB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2016 14:44 (UTC +04:00)
BƏƏ-nin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna birbaşa investisiyalarının həcmi təxminən 659 milyon dollar təşkil edir.
BƏƏ-nin Azərbaycanın qeyri-neft sektoruna birbaşa investisiyaları 650 milyon dolları ötüb (YENİLƏNİB)  (FOTO)

Bakı. Azad Həsənli – Trend:

BƏƏ-nin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna birbaşa investisiyalarının həcmi təxminən 659 milyon dollar təşkil edir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-BƏƏ biznes forumunda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda BƏƏ-dən 223 şirkət fəaliyyət göstərir: “Ölkələrimiz arasında mal dövriyyəsi 2016-cı ilin üçüncü rübünün sonuna olan məlumata görə, 58 milyon dollar təşkil edib”.

Nazirliyin nümayəndəsi qeyd edib ki, Azərbaycanla BƏƏ arasında iqtisadi münasibətlər ildən-ilə möhkəmlənir: "Ölkələrimiz arasında möhkəm normativ-hüquqi baza yaradılıb: 30 rəsmi sənəd, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş, ikiqat vergitutmanın aradan qaldırılması və başqa mühüm sənədlər imzalanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti