...

BƏƏ-dən Bakıya yeni aviareys - QRAFİK

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2016 10:49 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Bakıya birbaşa aviareys açılır.
BƏƏ-dən Bakıya yeni aviareys - QRAFİK

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Bakıya birbaşa aviareys açılır.

Trend-in məlumatına görə, "Air Arabia" aşağı büdcəli aviaşirkəti gələn il martın 23-dən həftədə 4 dəfə Şarca beynəlxalq hava limanından Bakıya və əks istiqamətə uçuşlar həyata keçirəcək.

Təyyarə həftənin cümə axşamı və bazar günləri saat 07:55-də Şarcadan havaya qalxacaq, yerli vaxtla 10:50-də Heydər Əliyev beynəlxalq hava limanına enəcək. Həmin günlərdə Bakıdan uçuş 11:30-da başlayacaq, Şarcaya eniş yerli vaxtla 14:10-da olacaq.

Həftənin çərşənbə axşamı və şənbə günlərində isə təyyarə Şarcadan saat 14:55-də qalxacaq, 17:50-də Bakıya enəcək. Əks istiqamətdə aviareys 18:50-də həyata keçiriləcək, Şarca hava limanına 21:30-da çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti