...

Azərbaycanla birgə layihələrə ayrılan vəsait - 410 milyon dollar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2016 12:52 (UTC +04:00)
"Rusiya İxracat Mərkəzi" bu günə qədər Azərbaycanla 11 birgə layihəyə 410 milyon dollar ayırıb.
Azərbaycanla birgə layihələrə ayrılan vəsait - 410 milyon dollar

Bakı. Trend:

"Rusiya İxracat Mərkəzi" bu günə qədər Azərbaycanla 11 birgə layihəyə 410 milyon dollar ayırıb. Trend-in məlumatına görə, bunu bu gün Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya Regionlararası Forumda Rusiyanın İqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski deyib.

O bildirib: "Bu o deməkdir ki, ixracat fəaliyyətinin maliyyə dəstəyi müxanizmi çox praktikdir və iki ölkə biznesmenləri tərəfindən uğurla istifadə olunur".

Rusiyalı nazir müavininin sözlərinə görə, mühüm vəzifələrdən biri birgə biznes üçün münbit, əlverişli şərait yaradılmasıdır.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb. Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən Prezident Vladimir Putinin məktubu oxunub.

Forum çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə “dəyirmi masa”lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. Forumda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti