...

Səfir: Azərbaycan-Rusiya regionlararası forumları gözəl ənənəyə çevrilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2016 14:02 (UTC +04:00)
Azərbaycan-Rusiya regionlararası forumları artıq gözəl ənənəyə çevrilib
Səfir: Azərbaycan-Rusiya regionlararası forumları gözəl ənənəyə çevrilib

Bakı - Trend:

Azərbaycan-Rusiya regionlararası forumları artıq gözəl ənənəyə çevrilib. Trend bildirir ki, bu sözləri Bakıda bu gün öz işinə başlamış VII Azərbaycan-Rusiya Regionlararası Forumda çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfir iki ölkə arasında münasibətlərin gələcəkdə bir çox sahədə inkişaf edəcəyindən əminliyini bildirib.

P.Bülbüloğlu qeyd edib ki, 2016-cı ilin əvvəlinədək Azərbaycanla Rusiyanın 19 regionu arasında 36 saziş imzalanıb.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.

Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən Prezident Vladimir Putinin məktubu oxunub.

Forum çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə “dəyirmi masa”lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Forumda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti