...

Azərbaycanla Rusiya ikitərəfli uçuşları artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2016 19:29 (UTC +04:00)
Azərbaycan və Rusiya uçuşların həyata keçirildiyi istiqamətləri artırmaq niyyətindədir.
Azərbaycanla Rusiya ikitərəfli uçuşları artırmaq niyyətindədir

Bakı. Trend:

Azərbaycan və Rusiya uçuşların həyata keçirildiyi istiqamətləri artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya regionlararası forumu zamanı Rusiyanın Turizm üzrə Federal Agentliyinin ("Rosturizm") beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Valeriy Korovin deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında uçuşlar 6 istiqamətdə həyata keçirilir, bu isə real tələbatdan aşağıdır: "Hazırda Bakıdan Rusiyanın cəmi 6 şəhərinə aviareyslər var, amma Rusiyanın milyonluq şəhərlərinin sayı 14-dür. Onların hər birində potensial turist bazası mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti