...

Azərbaycan qonşu ölkələrin əczaçılıq bazarına çıxış üçün qovşaq ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2016 16:15 (UTC +04:00)
Azərbaycan qonşu ölkələrin, o cümlədən İranın əczaçılıq bazarına çıxış üçün çox maraqlı qovşaq ola bilər.
Azərbaycan qonşu ölkələrin əczaçılıq bazarına çıxış üçün qovşaq ola bilər

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan qonşu ölkələrin, o cümlədən İranın əczaçılıq bazarına çıxış üçün çox maraqlı qovşaq ola bilər.

Trend-in məlumatına görə, bu sözləri əczaçılıq zavodunun təməlqoyma mərasimində Rusiyanın “R-Farm” şirkətlər qrupunun direktorlar şurasının sədri, Rusiya Prezidenti yanında İqtisadi Şuranın üzvü Aleksey Repik jurnalistlərə açıqlamasında deyib.

Pirallahı Sənaye parkında baş tutan mərasim zamanı A.Repik qeyd edib ki, bu zavodun məhsulları sayəsində Azərbaycan təkcə əczaçılıq sənayesini deyil, həm də ölkənin qeyri-xammal ixracat sahəsini inkişaf etdirə bilər.

Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun tikintisi gələn ildən etibarən başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti