...

Azərbaycan və Monako üç sənəd imzaladılar (YENİLƏNİB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2016 12:42 (UTC +04:00)
Azərbaycan və Monako birgə əməkdaşlıq haqqında üç memorandum imzalayıblar.
Azərbaycan və Monako üç sənəd imzaladılar (YENİLƏNİB)   (FOTO)

Bakı. Trend:

Azərbaycan və Monako birgə əməkdaşlıq haqqında üç memorandum imzalayıblar.

Trend-in məlumatına görə, imzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Monako biznes-forumu çərçivəsində baş tutub.

Forum çərçivəsində Azərbaycan İxracat və Sərmayəni Təşviqat Fondu (AZPROMO) ilə Monako İqtisadiyyat Palatası, Azərbaycan Ticarət-Sənaye Palatası ilə Monako İqtisadiyyat Palatası, eləcə də Azalternativenerji MMC ilə Monako Bərpa olunan enerji mənbələri və Ekologiya Palatası arasında memorandumlar imzalanıb.

Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayevin sözlərinə görə, Azərbaycan Monako üçün MDB və regionun digər ölkələrinə çıxış imkanı verən ölkəyə çevrilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti