...

Azərbaycan Misirə ixracat missiyası göndərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2016 13:02 (UTC +04:00)
Azərbaycan 2016-cı ildə Misirə ixracat missiyası göndərməyi planlaşdırır.
Azərbaycan Misirə ixracat missiyası göndərəcək

Bakı. Trend:

Azərbaycan 2016-cı ildə Misirə ixracat missiyası göndərməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, hazırda azərbaycanlı sahibkarlardan ibarət ixracat missiyası Çindədir, ilin sonunadək isə Dubaya ixracat missiyası göndəriləcək. Çində fəaliyyət göstərən missiya 12 iş adamından ibarətdir. Sahibkarlar Honkonqda və Quançjou şəhərində yerli şikətlərlə ixracat imkanlarının genişləndirilməsi barədə danışıqlar aparır.

R.Məmmədovun sözlərinə görə, Misir və Dubaya gedəcək ixracat missiyalarında kənd təsərrüfatı, ərzaq sənayesi, emal, eləcə də alkoqolsuz içki istehsalı sahələrini təmsil edən sahibkarlar olacaqlar.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın Misirlə 2016-cı ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 4,5 milyon dollar təşkil edir. Onlardan 4,2 milyon dollarını Misir məhsullarının idxalı təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti