...

TRACECA-nın Azərbaycan seqmenti vasitəsilə yükdaşıma azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2016 10:44 (UTC +04:00)
TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 154,5 min ton, yük dövriyyəsi isə 7289,0 milyon ton-km olub.
TRACECA-nın Azərbaycan seqmenti vasitəsilə yükdaşıma azalıb

Bakı. Trend:

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 154,5 min ton, yük dövriyyəsi isə 7289,0 milyon ton-km olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yüklərin 23 496,1 min tonu və ya 63,2 faizi avtomobil nəqliyyatı, 10 214,2 min tonu və ya 27,5 faizi dəmir yolu nəqliyyatı, 3444,2 min tonu və ya 9,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5,4 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 12,7 faiz və 27,1 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 5518,4 min tonunu tranzit yüklər təşkil edib.

2016-cı ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253,3 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 5085,9 milyon sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,4 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti