...

Bakı Dairəvi dəmir yolunun qoyuluşuna başlanıldı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2016 15:03 (UTC +04:00)
Bakı Dairəvi dəmir yolunun qoyuluşuna başlanılıb.
Bakı Dairəvi dəmir yolunun qoyuluşuna başlanıldı (FOTO)

Bakı. Trend:

Bakı Dairəvi dəmir yolunun qoyuluşuna başlanılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, noyabrın birinci ongünlüyündə Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda Dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.

İlkin olaraq Dairəvi dəmir yolunun Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissəsinin torpaq yatağının işlənməsinə başlanılıb. Artıq köhnə torpaq yatağı hazırlanıb və bu gün yolun qoyuluşuna başlanılıb.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Bu gün 750 metr uzunluğunda yolun qoyuluşu planlaşdırılır. Artıq 500 metr yol qoyulub.

Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti