...

Azərbaycan və Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladılar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2016 16:09 (UTC +04:00)
Saziş cari il noyabrın 24-də Küveytdə keçiriləcək Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində imzalanıb.
Azərbaycan və Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladılar (FOTO)

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif Əl-Fuzan iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıblar.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırılır ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.

Mülki aviasiya ölkələr arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və Azərbaycanla Küveyt arasında sərnişin daşımaları bazarının tələbatını ödəməyə hazırdır. Xüsusilə, Azərbaycanın Milli daşıyıcısı “Azərbaycan Hava Yolları” və yük daşıyıcısı “Silk Way Airlines” Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.

Qeyd edək ki, saziş cari il noyabrın 24-də Küveytdə keçiriləcək Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti