...

Azərbaycan Dəmir Yollarının 2017-2018-ci illər üçün əsas PRİORİTETLƏRİ (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2016 11:32 (UTC +04:00)
Azərbaycan Dəmir Yollarının 2017-2018-ci illər üçün əsas prioritetləri “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Yalamadan Astarayadək infrastrukturun yenilənməsi, eləcə də Astara-Rəşt dəmir yolunun İran sahəsindəki tikintisinə kreditin ayrılmasıdır
Azərbaycan Dəmir Yollarının 2017-2018-ci illər üçün əsas PRİORİTETLƏRİ (YENİLƏNİB)

İlk xəbər 11:32-də yayımlanıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dəmir Yollarının 2017-2018-ci illər üçün əsas prioritetləri “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Yalamadan Astarayadək infrastrukturun yenilənməsi, eləcə də Astara-Rəşt dəmir yolunun İran sahəsindəki tikintisinə kreditin ayrılmasıdır.

Trend-in məlumatına görə, bunu Bakıda bu gün öz işinə başlamış “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu” beynəlxalq dəmir yolu biznes forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib: “Şimal-Cənub” layihəsi Azərbaycan üçün çox vacibdir. İndi biz bu layihənin reallaşması üçün iranlı həmkarlarımızla çalışırıq və İran tərəfinə Astara-Rəşt dəmir yolunun tikintisi üçün kredit ayırmağa hazırlaşırıq. Bundan başqa biz layihə çərçivəsində Astaradan Rəştə qədər dəmir yolu infrastrukturunu bütünlüklə yeniləməyi planlaşdırırıq”.

“Qəzvin – Rəşt – Astara (İran) – Astara (Azərbaycan)” dəmir yolu Şimali Avropa ilə Şənub Şərqi Asiyanı, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirəcək “”Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsidir. Birinci mərhələdə bu dəhlizlə ildə beş milyon ton, daha sonra ildə on milyon ton yük göndərilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti