...

Mərkəzi Bank rəhbəri tədiyə balansındakı kəsirin səbəblərini izah etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2016 16:53 (UTC +04:00)
2016-cı ildə Azərbaycanda tədiyə balansının kəsiri 5 milyard dollar təşkil edəcək.
Mərkəzi Bank rəhbəri tədiyə balansındakı kəsirin səbəblərini izah etdi

Bakı. Trend:

2016-cı ildə Azərbaycanda tədiyə balansının kəsiri 5 milyard dollar təşkil edəcək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

E.Rüstəmovun sözlərinə görə, kəsirin böyük hissəsi (88-90 faiz) kapitalın hərəkət balansındakı problemlərlə bağlıdır: “Demək olmaz ki, tədiyə balansı tamamilə neftin yeni qiymətlərinə uyğunlaşdırılıb. Cari əməliyyatlar balansını sabitləşdirə bilmişik, bugünki balans sıfıra bərabərdir, lakin kapital hərəkətinin balansı ilə bağlı problemlər var.”

Qeyd edək ki, büdcə zərfi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti