...

ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2016 11:22 (UTC +04:00)
ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyub.
ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatırıb

Bakı. Maksim Tsurkov - Trend:

ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyub.

Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes-forumunda deyib.

Nazir müavini qeyd edib ki, ABŞ şirkətlərinin Azərbaycanda investisiyaları bu vaxtadək 10 milyard dollar təşkil edib: "Təkcə neft sektoruna 9 milyard dollar yatırılıb. İnvestisiyalar daim artır ki, bu da Azərbaycandakı əlverişli investisiya mühitindən xəbər verir".

S.Babayev bildirib ki, ABŞ iqtisadiyyatına qoyulan Azərbaycan sərmayələri isə təqribən 3 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti