...

Azərbaycan və İran bank sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2016 16:01 (UTC +04:00)
Azərbaycan bank sahəsində İranla əməkdaşlığı genişləndirmək niyyətindədir
Azərbaycan və İran bank sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan bank sahəsində İranla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir deyib: “Bank sahəsi İran-Azərbaycan əməkdaşlığının inkişafı üçün perspektivli istiqamətlərdəndir”.

Onun sözlərinə görə, bu məsələnin müzakirəsi üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası kimi strukturlar komissiya iclası çərçivəsində iranlı həmkarları ilə görüş keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti