...

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2017 14:53 (UTC +04:00)
Rusiyanın “Uralskie avialinii” aviaşirkəti Azərbaycanda reyslərin həyata keçirilməsi üçün icazə əldə edib
Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirəcək

Bakı. Maksim Tsurkov - Trend:

Rusiyanın “Uralskie avialinii” aviaşirkəti Azərbaycanda reyslərin həyata keçirilməsi üçün icazə əldə edib.

Trend-in məlumatına görə bu, Rusiya Hava Nəqliyyatı Agentliyinin saytında yer alan Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, “Uralskie avialinii” həftədə dörd dəfə olmaqla Sankt-Peterburq-Gəncə marşrutu ilə uçuşlar həyata keçirmək hüququ qazanıb.

Bundan başqa, protokolda “Uralskie avialinii” tərəfindən Sankt-Peterburq-Bakı reysinin də həyata keçirilməsi üçün səsvermə keçiriləcəyi yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti