...

"Azər Türk Bank"ın illik xalis mənfəəti 7,4 milyon manat olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2017 15:58 (UTC +04:00)
2017-ci il tarixinə Bankın aktivləri 475 794 min manat səviyyəsində olub.
"Azər Türk Bank"ın illik xalis mənfəəti 7,4 milyon manat olub

Bakı. Trend:

"Azər Türk Bank"ın illik xalis mənfəəti 7,4 milyon manat olub.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 01 yanvar 2017-ci il tarixinə Bankın aktivləri 475 794 min manat səviyyəsində olub.

Kredit portfelinin həcmi 150 162 min manat təşkil edib. Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyon manat artaraq, 57,6 milyon manata çatıb.

Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,07 faiz, kapitalın gəlirliliyi (ROE) 15,39 faiz təşkil edib.

Məlumatda qeyd edilir ki, ötən il ərzində Bank 267 976 min manat həcmində depozit cəlb edib ki, bunun da 135 954 min manatı əhalinin əmanətləridir.

Ümumi gəlirlər 47 365 min, xərclər 37 773 мин manat təşkil etmiş, bankın xalis mənfəəti 7,4 milyon manata yaxın olub.

Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Bankın Adı

Azər Türk Bank

Göstərici

01.01.2016

01.01.2017 min AZN

AKTIVLƏR (ehtimal olunan zərərlər üçün ehtiyat çıxılmaqla)

671,881.96

475,794.22

KREDITLƏR (ehtimal olunan zərərlər üçün ehtiyat və banklararası kreditlər çıxılmaqla ), о cümlədən

408,860.26

150,162.16

İSTEHLAK KREDİTLƏRİ

30,980.18

31,453.12

ÖHDƏLİKLƏR (cəmi bank öhdəlikləri )

619,064.68

414,903.58

DEPOZİTLƏR (bankların və digər maliyyə təşkilatlarının depozitləri çıxılmaqla),

о cümlədən

242,959.90

267,976.60

ƏHALİNİN ƏMANƏTLƏRİ

о cümlədən

176,714.16

135,954.29

Tələb olunanadək

70,082.70

64,802.83

Мüddətli

106,631.46

71,151.46

MƏCMU KAPİTAL, о cümlədən

50,891.36

57,683.82

NİZAMNAMƏ KAPİTALI

50,000.00

50,000.00

XALİS MƏNFƏƏT (vergilər çıxıldıqdan sonra)/ (ZƏRƏR)

-4,631.43

7, 337. 82

AKTIV PLASTIK KARTLARIN SAYI

16,445

27,960

FƏALIYYƏT GÖSTƏRƏN BANKOMATLARIN SAYI

12

16

FƏALIYYƏT GÖSTƏRƏN POS-TERMINALLARIN SAYI

48

130

FİLİALLARIN SAYI

7

11

RоА

-

1.07%

RоЕ

-

15.39%

Gəlirlər

25,923.19

47,365.07

Xərclər

30,554.62

37,773.31

İşçilərin sayı

313

382

Məqalədə:
Xəbər lenti

Xəbər lenti