...

Azərbaycan ilə Ukrayna arasında birgə istehsalın inkişafı üçün 5 prioritet sahə açıqlandı (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Mart 2017 18:12 (UTC +04:00)
Ukrayna və Azərbaycan kimyə sənayəsi, əczaçılıq, gəmi, təyyarə və maşınqayırma sahələrində birgə istehsal əlaqələrini inkişaf etdirməlidir
Azərbaycan ilə Ukrayna arasında birgə istehsalın inkişafı üçün 5 prioritet sahə açıqlandı (ÖZƏL)

Bakı. Azad Həsənli - Trend:

Ukrayna və Azərbaycan kimya sənayesi, əczaçılıq, gəmi, təyyarə və maşınqayırma sahələrində birgə istehsal əlaqələrini inkişaf etdirməlidir. Bunu Trend-ə özəl müsahibəsində Ukraynanın iqtisadi inkişaf və ticarət naziri, Baş nazirin birinci müavini Stepan Kubiv deyib.

O qeyd edib ki, Azərbaycan Ukrayna üçün mühüm strateji tərəfdaşdır: "Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi çox münasibdir, beləki Ukrayna və Azərbaycan əməkdaşlığın potensialını hələ tam realizə etməyiblər. Bu səbəbdən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Kiyevdə Azərbaycanın Ticarət Evinin yaradılması təklifi tərəfimizdən müsbət qarşılanmışdır. Bu, ölkələrimiz arasında qarşılıqlı ticari əlaqələri gücləndirməlidir".

Baş nazirin birinci müavini əlavə edib ki, yuxarıda qeyd edilən sahələrlə yanaşı, Ukrayna aqro sənaye kompleksi sahəsində və Azərbaycana ərzaq məhsullarının tədarükündə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

S.Kubiv həmçinin bildirib: "Əlbəttə, biz Azərbaycan neftinin gələcəkdə Ukrayna neft emalı zavodlarına və ərazimiz vasitəsilə Avropa ölkələrinə tədarükündə də maraqlıyıq".

Müsahibəsinin sonunda baş nazirin müavini Bakıda birgə forumun keçirilməsinin planlaşdırıldığını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti