...

"Bank Respublika"da yeni rəhbər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2017 10:59 (UTC +04:00)
Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin edilib.
"Bank Respublika"da yeni rəhbər

Bakı. Trend:

“Bank Respublika” ASC-nin səhmdarlarının ümumi yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin edilib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

"Bank Respublika"dan öncə Ş.Rəhimov “AccessBank” ASC-də İdarə Heyətinin sədr Müavini vəzifəsində çalışıb. Ş.Rəhimov Azərbaycan Dövlət İqtisad Universiteti və "Warwick" Universitetində, "Warwick Business School" Biznes Administrasiyası üzrə magistr dərəcəsi alıb. O, hazırda Stendford Universitetində “Strateji qərarlar və risklərin idarə edilməsi” proqramı üzrə təhsilini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti