...

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2017 11:06 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları bu il aprelin 1-nə 4 432,7 milyon ABŞ dolları təşkil edib.
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il aprelin 1-nə 4 432,7 milyon dollar təşkil edib.

Bu barədə Trend Mərkəzi Banka istinadən məlumat verir.

Bu göstərici ötən ayın əvvəli ilə müqayisədə 63,4 milyon dollar (1,45 faiz) çoxdur.

İlin əvvəli ilə müqayisədə isə valyuta ehtiyatları 458,3 milyon dollar artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti