...

Nazir müavini: Azərbaycanın qeyri-neft ixracı 30 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2017 11:39 (UTC +04:00)
2017-ci ilin birinci rübündə Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 32,5 faiz (üzən platforma istisna olmaqla) artıb.
Nazir müavini: Azərbaycanın qeyri-neft ixracı 30 faizdən çox artıb

Bakı. Ləman Zeynalova - Trend:

2017-ci ilin birinci rübündə Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 32,5 faiz (üzən platforma istisna olmaqla) artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən "Caspian Energy 2017" 4-cü beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, göstərilən dövrdə Azərbaycandan sənaye mallarının ixracı 25 faiz (üzən platforma istisna olmaqla) artıb.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti tərəfindən yürüdülən iqtisadi siyasətin əsas məqsədlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, ixrac potensialının genişləndirilməsi və qeyri-neft sektoru məhsullarının ixrac həcminin artırılmasıdır.

S.Babayev əlavə edib ki, son bir ildə Azərbaycanda investisiyaların təşviqi mexanizmi çərçivəsində dəyəri 1,2 milyard manatdan çox olan 121 layihəyə investisiya təşviqi sənədi təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti