...

“Atəşgah” və “Atəşgah Həyat” “Şəffaf vergi partnyorluğu” statusunu alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2017 18:31 (UTC +04:00)
Azərbaycanın iri sığorta şirkətləri olan “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ növbəti uğura imza atıb.
“Atəşgah” və “Atəşgah Həyat” “Şəffaf vergi partnyorluğu” statusunu alıb

Bakı. Trend:

Azərbaycanın iri sığorta şirkətləri olan “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ növbəti uğura imza atıb.

Trend-in məlumatına görə, hər iki şirkət Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyorluğu” statusuna layiq görülüb.

Müvafiq bildirişlər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən təqdim edilib.

Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ioldə təsis edilib. 2016-cı ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN olub. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti