...

Şahmar Mövsumov: Neft Fondu daşınmaz əmlak fondlarına investisiya qoymaqda davam edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2017 18:21 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlak fondlarına investisiya yerləşdirməkdə davam edəcək
Şahmar Mövsumov: Neft Fondu daşınmaz əmlak fondlarına investisiya qoymaqda davam edəcək

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlak fondlarına investisiya yerləşdirməkdə davam edəcək.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, qurum investisiya portfelinin 10 faizi hüdudunda daşınmaz aktivlərin alınmasını davam etdirmək niyyətindədir: “Amma əgər əvvəllər biz yalnız binaları alırdıqsa, indi biz aktivlər alan xüsusiləşdirilmiş daşınmaz əmlak fondlarına investisiyalar qoyuruq, bu da riskləri azaltmağa imkan verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti