...

Vergilər naziri Saatlıda vətəndaşları qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2017 16:53 (UTC +04:00)
Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Saatlı rayonunda Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar üçün keçirilib.
Vergilər naziri Saatlıda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Saatlı rayonunda Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti