...

Bu yolla kredit almaq asanlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2017 15:54 (UTC +04:00)
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi başlayıb
Bu yolla kredit almaq asanlaşır

Bakı. Azad Həsənli - Trend:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

Trend-in məlumatına görə, bu qanun layihəsi kredit alınması zamanı girov qismində avadanlıq və digər daşınar əmlakın istifadəsinin sadələşdirilməsinə imkan verəcək.

Qanun layihəsində yüklülük predmetinin satışı, satışdan əldə olunan gəlirlərin paylaşdırılması, daşınar əmlakın qeydiyyat qaydaları və digər məsələlər əksini tapıb. Daşınar əmlak reyestri kredit təşkilatlarına girov qismində təqdim olunan obyektin digər borcla bağlı girov obyekti olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq təminatı İdarəsinin rəhbəri Nurlan Babayevin sözlərinə görə, qanun çərçivəsində xüsusi portal yaradılacaq və bu portal vasitəsilə hər kəs öz daşınar əmlakını qeydiyyata alaraq gələcəkdə girov qismində istifadə edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti