...

"Azər Türk Bank" müştərilərə yeni və daha ucuz ödəniş kartı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2017 15:09 (UTC +04:00)
"Azər Türk Bank" əmək haqq layihəsi çərçivəsində növbəti yenilik edib.
"Azər Türk Bank" müştərilərə yeni və daha ucuz ödəniş kartı təklif edir

Bakı. Trend:

"Azər Türk Bank" əmək haqq layihəsi çərçivəsində növbəti yenilik edib.

"Azər Türk Bank"dan Trend-ə verilən məlumata görə, bank müştərilərinə MasterCard Debet növlü ödəniş kartı təqdim etməyə hazırdır. Ancaq yenilik təkcə bundan ibarət deyil.

Bu kartların satış qiymətləri əvvəllər istifadədə olan Maestro kartlarından daha sərfəli olacaq. Bank Maestro kartlarının istifadəçisi olan müştərilərinə yeni kartları eyni şərtlərlə, amma daha ucuz qiymətlərlə təklif edir.

Yeni “MasterCard Debet” kartı “MC Maestro” kartından fərqli olaraq, tam funskionallı bir kart növüdür və onu ödəniş sistemi əhatə edən istənilən ölkədə həm nağd, həmdə nağdsız əməliyyatlar üçün məhdudiyyətsiz istifadə etmək mümkündür.

Xatırladaq ki, "Azər Türk Bank"ın əmək haqqı kartları ilə ölkə daxilində istənilən bankın bakomatından vəsait çıxararkən komissiya tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti