...

Sığorta şirkətinin rəhbərliyində yeni təyinat

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2017 13:28 (UTC +04:00)
Fərid Məmmədov “PAŞA Sığorta” şirkətinin Direktorlar Şurasının üzvü təyin edilib.
Sığorta şirkətinin rəhbərliyində yeni təyinat

Bakı. Azad Həsənli - Trend:

Fərid Məmmədov “PAŞA Sığorta” şirkətinin Direktorlar Şurasının üzvü təyin edilib.

Trend-in şirkətə istinadən verdiyi məlumata əsasən, o bu vəzifədə İbrahim İbrahimovu əvəz edib.

F.Məmmədov, eyni zamanda Kapital Bankın Müşahidə Şurasının üzvüdür.

Qeyd edək ki, “PAŞA Sığorta” və Kapital Bank “PAŞA Holdinq”in tərkibinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti