...

"AccessBank" iş adamlarına 5 bank məhsulunu pulsuz təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2017 19:03 (UTC +04:00)
"AccessBank" fərdi sahibkarların, həm də hüquqi şəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədə asanlaşdıran xüsusi “Biznesə 5D” kampaniyasına başlayıb.
"AccessBank" iş adamlarına 5 bank məhsulunu pulsuz təqdim edir

Bakı. Trend:

İlin əvvəlində nağdsız hesablaşmalarla bağlı qanunda edilən dəyişiklikləri nəzərə alaraq "AccessBank" fərdi sahibkarların, həm də hüquqi şəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədə asanlaşdıran xüsusi “Biznesə 5D” kampaniyasına başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində iş adamlarının daha çox ehtiyac duyduğu 5 məhsul və xidmət pulsuz təklif edilir. Bunlar:

Cari hesablar

Əməkhaqqı Layihələri
Müştərinin VÖEN hesabına bağlı Biznes Kart
Pos-terminal
Onlayn bankinq-dir.

Kampaniya sahibkarlar tərəfindən çox böyük maraqla qarşılanıb və bunun nəticəsində bankın müştəri sayı xeyli artıb. Bankın təklif etdiyi sərfəli şərtlərlə AccessBank-da cari hesab açan müştərilər, həm də VÖEN hesabına bağlı Biznes Kart da əldə edirlər. Bankın təqdim etdiyi biznes kart vasitəsilə iş adamları cari hesablarında toplanan vəsaitləri banka gəlmədən idarə etmək və biznes fəaliyyəti ilə bağlı vergi, gömrük, işçilərin ezamiyyə xərclərini, kommunal ödənişləri və s. həyata keçirmək imkanı qazanırlar.

Kampaniya çərçivəsində iş adamlarının ən çox yararlandığı xidmətlərdən biri də Əmək haqqı layihələridir. Layihə çərçivəsində "AccessBank"dan əmək haqqı kartı əldə etməklə, müəssisə rəhbərləri Bankın filiallarına gəlmədən, işçilərin əmək haqqlarını bankın müasir onlayn bankinq sistemi olan - myAccess vasitəsilə hesablara köçürmə imkanı əldə edir, işçilər isə, bankın AccessQazanc layıhəsindən yararlanaraq bankın kartları ilə ödəniş etdikdə xərclədikləri vəsaitlərin bir hissəsini kartlarına geri qazanırlar. Bundan başqa, kampaniyadan yararlanan müəssisə rəhbərləri və əməkdaşlarına “Yığım” əmanətini 30 AZN-dən başlayaraq açmaq və standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması imkanı, həmçinin“Nağd” kredit və kredit kartlarını standart illik faiz dərəcəsindən 2% aşağı əldə etmək imkanı təqdim olunur.

Bankın təklif etdiyi POS-terminalları quraşdırmaqla iş adamları ticarət mərkəzlərində, mağazalarda, ictimai-iaşə obyektlərində bütün ödənişləri çox əlverişli şərtlərlə nağdsız olaraq həyata keçirmək imkanı əldə edirlər.

"AccessBank"ın Marketinq və Satış departamentinin rəhbəri Günay Cəlilova deyə qeyd edib: “Biznesə 5D təklifi iş adamlarının biznesinin asanlaşdırılması üçün yaradılıb və onlar tərəfindən rəğbətlə qarşılanıb. Bank müştərilər tərəfindən aldığımız rəylər əsasında bir daha əmin olub ki, təkliflər paketinə onlar üçün ən uyğun olan və iş həyatında ən çox ehtiyac duyulan məhsul və xidmətləri daxil edib. Buna görə də biz kampaniyanın müddətini 30 iyun 2017-ci il tarixinə qədər uzatdıq”.

"AccessBank"ın iş adamlarına təqdim etdiyi “Biznesə 5D” kampaniyası çərçivəsində xidmət və məhsulları haqqında daha ətraflı məlumatla, Bankın rəsmi internet səhifəsində daha ətraflı tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti