...

"Atəşgah" İslam Həmrəyliyi Oyunlarının bir neçə təşkilatçısını sığortalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2017 16:51 (UTC +04:00)
"Atəşgah" SŞ İslam Həmrəyliyi Oyunlarının keçirilməsində iştirak edən bir neçə təşkilatçı şirkətləri 1 000 000 dollar məbləğində sığortalayıb.
"Atəşgah" İslam Həmrəyliyi Oyunlarının bir neçə təşkilatçısını sığortalayıb

Bakı. Trend:

Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti İslam Həmrəyliyi Oyunlarının keçirilməsində iştirak edən bir neçə təşkilatçı şirkətləri 1milyon dollar məbləğində sığortalayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, kütləvi tədbirlərin həyata keçirilməsi ilə məşğul olan təşkilatçıların məsuliyyətinin sığortası Azərbaycanda nisbətən yeni və aktiv inkişaf edən sığorta növlərindəndir.

Bu sığortanın məqsədi Sığortalının öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman baş vermiş hadisə (qəza) nəticəsində üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərə, həmçinin öz işçilərinin ölümünə və bədən xəsarətinə görə Sığortalının qanunvericiliklə nəzərdə tutulmuş təzminatlarının ödənilməsidir.

Kütləvi tədbirlər zamanı gözlənilməz bədbəxt hadisələr baş verə bilər - tamaşaçı, idmançı və digər iştirakçıların həyatına, sağlamlığına və ya əmlakına ziyan dəyə bilər. Bu cür hadisələr təşkilatçının hətta müflisləşməsinə səbəb ola biləcək əhəmiyyətli itkilərə gətirib çıxara bilər. Belə halların qarşısını kütləvi tədbirlərin təşkili ilə məşğul olan şirkətlərin mülki məsuliyyətlərini sığortalamaqla almaq olar.

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis edilib. 2016-cı ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN olub. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti