...

"AccessBank" İslam Həmrəyliyi Oyunları zamanı istirahət günlərində də müştərilərin xidmətində olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2017 18:37 (UTC +04:00)
"AccessBank"ın “Səbail” filialı gücləndirilmiş iş rejimində çalışacaq.
"AccessBank" İslam Həmrəyliyi Oyunları zamanı istirahət günlərində də müştərilərin xidmətində olacaq

Bakı. Trend:

"AccessBank" İslam Həmrəyliyi Oyunları zamanı istirahət günlərində də müştərilərin xidmətində olacaq.

Bankdan Trend-ə verilən məlumata görə, "AccessBank"ın “Səbail” filialı gücləndirilmiş iş rejimində çalışacaq.

İslam Həmrəyliyi Oyunları zamanı yerli və xarici vətəndaşların rahatlığını təmin etmək məqsədilə AccessBank-ın “Səbail” filialı müvəqqəti olaraq yeni iş rejiminə keçir. Yeni qrafikə əsasən “Səbail” filialının kassası iş günlərindən əlavə olaraq şənbə-bazar günlərində saat 17:00-dan 20:00-dək müştərilərin xidmətində olacaq.

“Səbail” filialı R.Rza küç. 15 ünvanında yerləşir (tel. 994 12 493 43 54).

Daha ətraflı məlumatı Bankın rəsmi Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti