...

Tərtərdə avtomobil yolunun tikintisinə 7 milyon manat ayrıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2017 18:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Tərtərdə avtomobil yolunun tikintisinə 7 milyon manat ayrıldı

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti