...

Sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2017 16:34 (UTC +04:00)
Sənaye məhsullarının istehsalçı qiymətləri artıb.
Sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Bakı. Trend:

Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 51,9 faiz, emal sənayesi üzrə 32,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 59,6 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,0 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,0 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,0 faiz, metal filizlərin hasilatı üzrə 1,7 faiz), emal sənayesi üzrə 0,4 faiz azalıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 2,2 faiz artıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə istehsalçı qiymətləri sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri elektrik avadanlıqlarının istehsalı üzrə 7,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, toxuculuq sənayesi üzrə 1,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,9 faiz, içki istehsalı üzrə 0,6 faiz, mebel istehsalı və kimya sənayesi üzrə 0,1 faiz artıb, metallurgiya sənayesi üzrə 3,9 faiz, tütün məmulatlarının istehsalı üzrə 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,5 faiz, tikinti materiallarının istehsalı üzrə 1,4 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, neft məhsullarının istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı və dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə isə 0,2 faiz azalıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti