...

NIKOIL | Bank "Zolotaya Korona" şöbəsini açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2017 10:10 (UTC +04:00)
NIKOIL | Bank “Zolotaya Korona” sistemi ilə beynəlxalq pul köçürmələrini həyata keçirən müştəriləri üçün yeni – “Tarif 0%” təklifini elan edir.
NIKOIL | Bank "Zolotaya Korona" şöbəsini açdı

Bakı. Trend:

NIKOIL | Bank “Zolotaya Korona” sistemi ilə beynəlxalq pul köçürmələrini həyata keçirən müştəriləri üçün yeni – “Tarif 0%” təklifini elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, bu məqsədlə Puşkin küçəsi, 30 ünvanında yerləşən, saat 09:00-dan 21:00-ə qədər fəaliyyət göstərəcək xüsusi şöbə açılıb.

Bundan sonra, yaxın və uzaq xarici ölkələrə milli valyutada köçürmələrin edilməsinə və rubl, ABŞ dolları və ya türk lirası ilə alınmasına görə komissiya tutulmayacaq. Göndərən şəxs üçün manatın uyğun valyutaların birinə konvertasiyası əlverişli məzənnə ilə həyata keçirilir.

“Zolotaya Korona” pul köçürmələri dərhal aparılır. Pulun göndərilməsi və alınması üçün hesabın açılması tələb olunmur. “Zolotaya Korona – Pul köçürmələri” servisi xidmətinin infrastrukturu MDB və uzaq xarici ölkələrdə olan 49 mindən artıq məntəqələrdən ibarətdir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti