...

"Kapital Bank"ın kart mərkəzi istirahət günləri işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2017 17:02 (UTC +04:00)
"Kapital Bank"ın Nərimanov Kart Mərkəzi bu həftənin şənbə və bazar günləri də işləyəcək.
"Kapital Bank"ın kart mərkəzi istirahət günləri işləyəcək

Bakı. Trend:

"Kapital Bank"ın Nərimanov Kart Mərkəzi bu həftənin şənbə və bazar günləri də işləyəcək.

Bankdan Trend-ə verilən məlumata görə, mərkəz iş günlərində olduğu kimi saat 9:00-dan, 18:00-dək fəaliyyət göstərəcək.

Paytaxtın Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 13 ünvanında yerləşən Nərimanov Kart Mərkəzindən Bankın Binəqədi, Şuşa, Nərimanov, Nəsimi, Cəfər Cabbarlı, Yasamal, İçəri Şəhər, Səbail və Xətai filiallarının müştəriləri Bakı şəhər Təhsil İdarəsinin əmək haqqı kartlarını, həmçinin sosial, pensiya və digər kartları əldə edə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti